Fransa millisinin kapitanı Kilian Mbappe 2026-cı il dünya çempionatının başa çatmasından sonra azarkeşlərə açıq məktub ünvanlayıb.
Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, “Real”ın forvardı məktubunda azarkeşlərə, komanda yoldaşlarına və məşqçi heyətinə təşəkkürünü ifadə edib:
“Ən çətin anlarda belə, bizi tək qoymadız. Kuboku qazana bilməmək ağrılıdır və bu hiss uzun müddət qalacaq.
Ən çox qol vuran futbolçu olmağımla fəxr edirəm, amma kuboku qazanmaq daha dəyərli olardı.
Əlimizdən gələni etdik və bununla qürur duyuruq. Komanda yoldaşlarıma, azarkeşlərə və bu yolda əməyi olan hər kəsə təşəkkür edirəm”.
Fransa millisi mundialı 4-cü yerin sahibi kimi başa vurub. Komanda 3-cü yer uğrunda oyunda İngiltərə yığmasına 4:6 hesabı ilə uduzub.

