Kadinin bir təpiyi “Qarabağ”a 3000 manata “oturdu” - Ona 6 ay vaxt verildi

3 Sentyabr 20:20 Qarabağ 2 504
Kadinin bir təpiyi “Qarabağ”a 3000 manata “oturdu” - Ona 6 ay vaxt verildi

"Qarabağ"ın Misli Premyer Liqasının 3-cü turunda "Sumqayıt"la görüşdə qırmızı vərəqə alan legioneri Kadi Borgesin cəzası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

AFFA İntzam Komitəsi 30 yaşlı yarımmüdafiəçini 1 oyun şərti olmaqla 3 oyunluq cəzalandırılıb.

Məlumatda qeyd olunub:

"“Sumqayıt” – “Qarabağ” oyununun 31-ci dəqiqəsində “Qarabağ”ın 20 nömrəli futbolçusu Kadi Borqes təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 3 oyuna buraxılmasın, “Qarabağ” komandası 3000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilsin".

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM