Azərbaycan milliləri Türkiyə və Belarusla birgə təlim-məşq toplanışında

04:40 Cüdo 95
Azərbaycan milliləri Türkiyə və Belarusla birgə təlim-məşq toplanışında

Qız və qadın boksçulardan ibarət Azərbaycan milliləri təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.

Sportinfo.az xəbər verir ki, hazırlıqlar baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Bakıda keçirilir.

Bakı Boks Mərkəzində təşkil olunan beynəlxalq toplanışda yığmalarımızla yanaşı, Türkiyə və Belarus milliləri də iştirak edəcəklər.

Komandalar gündə 2 dəfə məşqə çıxacaq, yekunda sınaq döyüşlərində güclərini yoxlayacaqlar. 30-dək boksçunun qatılacağı toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.

Birgə məşqlər sentyabrın 14-də yekunlaşacaq. Türkiyəli boksçular toplanışa sentyabrın 5-də qoşulacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu