Musayev serbiyalını uddu, Avropa çempionu adını qazandı

04:30 Cüdo 98
Musayev serbiyalını uddu, Avropa çempionu adını qazandı

Azərbaycanın daha bir cüdoçusu Məhəmməd Musayev Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

Sportinfo.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə Serbiya təmsilçisi Marko Yorgiçə ipponla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur. Daha əvvəl digər təmsilçilərimizdən Ayxan Mirzəzadə (60 kq) qızıl medala sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu