“Sabah”ın ulduzu elə bir insani addım atdı ki... FOTO

3 Sentyabr 20:40 Sabah 649
“Sabah”ın ulduzu elə bir insani addım atdı ki... FOTO

“Sabah”ın futbolçusu Timoteuş Puxaç nümunəvi addımla diqqət çəkib.

Polşalı müdafiəçi “instagram” hesabında xeyriyyə hərracına start verib.

Belə ki, Puxaç Çempionlar Liqasının “Hapoel Beer-Şeva” ilə cavab qarşılaşmasında geyindiyi formanı satışa çıxarıb.

O, bunu İqa adlı xəstə qadının müalicəsi üçün edib.

Futbolçu ən çox pul təklif edən izləyiciyə formanı verəcəyini və buradan əldə olunacaq gəliri xanımın müalicəsinə sərf edəcəyini bildirib.

“Sabah”ın üzvü onu da qeyd edib ki, əgər onu qane edəcək məbləğ təklif olunmasa, yekunda formanı özü alacaq və məbləği xəstəlikdən əziyyət çəkən qadının hesabına köçürəcək.

İzləyicilər arasında ən çox məbləği təklif edən şəxs formaya sahib olamq üçün 21 min zlotdan (təxminən 9500 manat) keçməyə hazır olduğunu deyib.

Timoteuşun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM