İş başına gələn sponsorlar borc qaytaracaq, çempionluq istəmir

16:00 I Divizion 229
İş başına gələn sponsorlar borc qaytaracaq, çempionluq istəmir

«Mingəçevir» bu mövsüm iddialı olmayacaq.

Yeni sponsorun çətiri altına keçən komanda I Liqada orta sıralar uğrunda mübarizə aparacaq.

Bu barədə klubdaxili toplantıda məlumat verilib. Məşqçi və futbolçularla iclas keirən yeni rəhbərlik vəziyyətə uyğun hədəflə yola çıxdıqlarını bildiriblər.

Onlar qeyd edib ki, «Mingəçevir»ə görə apardıqları danışıqlar uzun çəkib, ona görə də çempionluq uğrunda mübarizə apara biləcək heyət qurmaq mümkün olmayıb.

«İşıqçılar» yeni sezonda 7-8-ci yerləri tutmağı planlaşdırıb. Maliyyə məsələlərinə gəlincə, kollektiv üzvlərinin diqqətinə çatdırılıb ki, ötən mövsümdən yığılıb qalan borclar mərhələli şəkildə ödəniləcək.

Bu arada «Mingəçevir»in məşqçi korpusu bəlli olub. Bir müddət əvvəl komandanın başına gətirilmiş Elman Sultanov özünə 2 köməkçi götürüb.

Samir Məmmədov fiziki hazırlıq üzrə yardımçı funksiyasını yerinə yetirəcəksə, Elnar Kərimov qapıçılara məsuliyyət daşıyacaq. Ola bilsin ki, bu say yaxın günlərdə yenə artsın.

«Mingəçevir» ötən mövsüm Premyer Liqanın qapısından son anda dönüb. I Liqada ikinci yeri tutan «işıqçılar» pley-off görüşündə «Qəbələ»yə uduzub.
Sumqayıtda keçirilən həmin oyunda elitanın 11-cisi onlara 2 cavabsız qol vurub.

Son 3 ayda isə Mingəçevirin eyniadlı təmsilçisində çox dəyişiklik yaşanıb. Vüqar Hüseynzadə icraçı direktor, Ramiz Məmmədov da baş məşqçi korpusunu tərk edib.

Böyük problemlər isə yenə qalmaqdadır. Rafael Bünyatovun kurasiyasında olan klubun məşqçilərə, futbolçulara və işçi heyətinə üst-üstə 250 min manata yaxın borcu mövcuddur.

Adnan Əhmədzadənin yaxın dostu 1001 bəhanəylə klub camaatının pulunu qaytarmaqdan yayınır.

Odur ki, əli qələm, yaxud imkanı vəkil tutmağa çatan «işıqçılar»ın demək olar hamısı AFFA-ya şikayət ünvanlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi