PSJ heyətini gücləndirmək üçün diqqətini “Barselona”nın yarımmüdafiəçisi Pedriyə yönəldib.
Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, Paris təmsilçisi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini transfer etməyə razı sala bilmədikdən sonra alternativ variant kimi Pedrini hədəfə alıb.
Baş məşqçi Luis Enrike klub rəhbərliyindən 23 yaşlı futbolçunun transferi üçün danışıqlara başlamağı istəyib.
Bildirilir ki, PSJ yaxın vaxtlarda Pedri üçün təxminən 90 milyon avro dəyərində ilk rəsmi təklifini təqdim edəcək. Ancaq “Barselona” rəhbərliyi əsas oyunçularından biri olan yarımmüdafiəçi ilə yollarını ayırmaq niyyətində deyil.
İspaniyalı futbolçu 2019-cu ildən “Barselona”nın formasını geyinir. O, Kataloniya klubunun heyətində keçirdiyi 245 oyunda 28 qol vurub, 33 məhsuldar ötürmə verib.
Onun “Barselona” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı Pedrinin dəyərini 150 milyon avro qiymətləndirilir.
