Yaponiya millisinin qapıçısını alırlar - 35 milyon avroya

11 Avqust 21:20 Fransa 437
Yaponiya millisinin qapıçısını alırlar - 35 milyon avroya

PSJ Yaponiya millisinin qapıçısı Zion Suzukini heyətinə qatır.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, Paris klubu 23 yaşlı qolkiperin transferi üçün “Parma” ilə razılığa gəlib.

Məlumata görə, transferin ümumi məbləği təxminən 35 milyon avro təşkil edəcək. Suzuki PSJ ilə müddəti 5 il olan müqavilə imzalayacaq.

Yaponiyalı qapıçının növbəti mövsümü icarə əsasında başqa klubda keçirəcəyi gözlənilir. Variantlar arasında “Yuventus” da var.

Suzuki ötən mövsüm A Seriyasında “Parma”nın heyətində 20 matçda meydana çıxıb və 28 qol buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM