Basketbol üzrə qadınlardan ibarət əsas Azərbaycan komandasının baş məşqçisi Evren Alkaya ilə yollar ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Türkiyəli mütəxəssislə əməkdaşlığın qarşılıqlı razılıq əsasında başa çatdığı bildirilib.
2022-ci ildən Azərbaycan Basketbol Federasiyasında fəaliyyət göstərən Evren Alkaya bu müddətdə qadınlardan ibarət əsas milli komandamıza, həmçinin U16, U18 və U20 qız yığmalarımıza rəhbərlik edib.
O, baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında komandalarımıza rəhbərlik edib.
Onun rəhbərliyi altında U16 qızlardan ibarət milli komandamız 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U18 millimiz isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.

