Adını və yerini dəyişən komanda müdafiəçi problemini çözdü

4 Sentyabr 11:00 I Divizion 712
Adını və yerini dəyişən komanda müdafiəçi problemini çözdü

Birinci Liqada mübarizə aparan “Gəncəbasar” heyətinə daha bir futbolçu cəlb edib.

Sportinfo.aiz xəbər verir ki, bölgə klubu Rüfət Tahirovu transfer edib.

21 yaşlı müdafiəçi mövsümün sonunadək komandada çıxış edəcək. Rüfət Tahirovun sonuncu klubu “Difai” olub.

“Cəbrayıl”ın sahibi dəyişdikdən sonra komandanın adı “Gəncəbasar” olaraq dəyişdirilib.

“Gəncəbasar” daha əvvəl hücumçular İlham Hüseynov və Cavad Kərimov, yarımmüdafiəçilər Samir Məhərrəmli və Nihat Fərəci, müdafiəçilər Mahir Həsənov və Antoni Hunpe ilə anlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM