“Ətrafımdakı insanlar da mənə inanmayanda özümə inanmalı idim”

01:10 Sabah 108
“Ətrafımdakı insanlar da mənə inanmayanda özümə inanmalı idim”

“Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi klub tarixinin ən böyük uğurlarından biri olmaqla yanaşı, Avropa futbolunda da diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, “Euronews” Bakı klubunun uğuruna geniş məqalə həsr edib. Yazıda “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın da fikirlərini yer verilib.

Məqalədə Dambrauskasın məşqçilik karyerasına gedən qeyri-adi yolundan bəhs olunur. 2002-ci ildə o, Litvada yayımlanan “Kim milyonçu olmaq istəyir?” televiktorinasında böyük məbləğdə pul mükafatı qazanıb. Litvalı mütəxəssis həmin vəsaitdən İngiltərəyə köçmək və UEFA-nın məşqçilik kurslarında təhsil almaq üçün istifadə edib.

Dambrauskas heç vaxt peşəkar səviyyədə futbol oynamayıb. Məşqçilik kurslarının xərcini ödəmək üçün müxtəlif vaxtlarda dayə, satıcı və qəzet paylayan kimi çalışıb. Daha sonra “Fulhem”, “Brentford” və “Mançester Yunayted”in gənclər akademiyalarında fəaliyyət göstərib. “Sabah” onun məşqçilik karyerasında çalışdığı 10-cu klubdur.

Dambrauskas “Euronews”a açıqlamasında keçdiyi yol barədə belə deyib:

“Bəzən çətin olurdu. Çox işləməli və bəzən hətta özüm özümdən şübhələnəndə, ətrafımdakı insanlar da mənə inanmayanda özümə inanmalı idim. Mən bu uğuru mühüm mərhələ kimi qəbul edirəm və düşünürəm ki, yol nəticədən daha vacibdir. Qarşıda başqa arzular var və mən heç də dayanmaq fikrində deyiləm”.

Litvalı mütəxəssis televiktorina ilə bağlı hekayənin bir qədər şişirdildiyini də bildirib: “Mənə elə gəlir ki, televiktorina ilə bağlı hekayə bir qədər şişirdilib”.

Baş məşqçi ÇL-də Liqa mərhələsində düşmələrinə baxmayaraq, Azərbaycan çempionatının əhəmiyyətini xüsusi vurğulayıb:

“Hamı Çempionlar Liqasından danışır, amma orada oynamaq hüququnu bizə məhz Azərbaycan çempionatı verir. Diqqəti itirməmək və hər oyunumuza hazırlaşmaq çox vacibdir. Bizim heyrətamiz beynəlxalq komandamız var. Tez-tez start heyətində 11 müxtəlif milliyyətdən olan 11 futbolçu meydana çıxır. Belə bir mühitdə fəlsəfəmizin qurulduğu əsas söz hörmətdir”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu