“Neftçi”nin “şineli”ndən çıxanlar üçün PRİNSİPİAL MƏSƏLƏ

20:00 Neftçi 108
“Neftçi”nin “şineli”ndən çıxanlar üçün PRİNSİPİAL MƏSƏLƏ

Premyer Liqanın 4-cü turu çərçivəsində “Neftçi” öz meydanında “Şəfa”nı qəbul edəcək.

Ötən həftə məğlub olan komandaların duelində “ağ-qaralar” matçın favoriti göstərilir. Debütant üçün çempionluğa iddialı rəqiblə qarşılaşma böyük təcrübə olacaq. Bu, öz yerində.

İşin maraqlı tərəfi “Şəfa”nın heyətində “Neftçi”nin yetirnələrinin çoxluq təşkil etməsidir.

Tərlan Quliyev, Əlirza Müştəbazadə, Fərid Yusifli, Ramin Nəsirli, İsmayıl Zelfüqarlı – bu futbolçuların hər biri “Neftçi”nin akademiyasında yetişib, vaxtilə ağ-qara formanı əyinlərində daşıyıblar.

Lakin əsas komandada onlara yer tapılmadığından, ya da müxtəlif baş məşqçilərin tələblərinə uyğun gəlmədiyindən məcburiyyətdən iş yerlərini dəyişmək məcburiyyətində qalıblar. “Ayrılıq qatarı”nın sonuncu sərnişini İsnayıl Zülfüqarlı olub ki, 2025-ci ilin yayında “ağ-qaralar”ı “Şəfa”ya dəyişib.

Təbii ki, bu dəfəki oyunda hamısı şans qazanmkayacaq. Raminin adı iştirak ərizəsinə salınmır, Əlirza ilə Tərlan 3 turda meydan üzü görməyib, şans qazananlar Fəridlə İsmayıldır.

Çox güman, hər ikisi sabiq komandalarına qarşı oynamaq fürsəti əldə edəcəklər. Belə olacağı halda, bu, özlərini yaxşı tərəfdən göstərmək üçün əla imkan olacaq.

Onları “Neftçi”də görmək istəməyənlərə öz oyunları ilə tutarlı cavab vermək imkanı yaxalayıblar. Təbii ki, özləri də bunun fərqindədir və matçın başlama saatını səbrsizliklə gözləyirlər.

Oyunun “Palms Sports Arena”da, yəni sabiq “Neftçi”lilərin vaxtilə “Neftçi” formasında azarkeşlərin alqışını qazandığı stadionda keçirilməsi də onlatra xüsusi motivasiya verəcək.

Sentyabrın 4-də keçiriləcək matç saat 20:30-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi