Görün, “Sabah”ı hansı klub təbrik etdi!

09:40 Sabah 226
Görün, “Sabah”ı hansı klub təbrik etdi!

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması Avropada şok effekti yaradıb.

2017-ci ildə yaranan, 2018-ci ildən Premyer Liqada iştirak edən, tarixində ilk dəfə Çempionlar Liqasında mübarizəyə qoşulub 4 mərhələ adlayan kluba məlum uğura görə təbriklərin ardı-arası kəsilmir.

Gözlənilməz təbrik Uelsdən gəlib. Daha doğrusu, son ölkə çempionu TNS-dən.

“Sabah”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı (2:0, 2:1) Osvestri şəhərinin təmsilçisi Azərbaycan çempionunun “Hapoel Beer-Şeva” üzərindəki parlaq qələbəsindən sonra (5:2) sosial şəbəkə hesablarında paylaşım edib:

“Çempionlar Liqasının ilk təsnifat mərhələsində rəqibimiz olmuş “Sabah”ı bu gecə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandığı üçün təbrik edirik”.

Maraq üçün bildirək ki, bu hal, yəni bir klubun təsnifat mərhələsində məğlub olduğu klubu gələcəkdəki uğur münasibəti ilə təbrik etməsi faktı dünya futbolunda nadir rast gəlinən olaylardandır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!