"Sabah" yoxlama oyununda "London Lions"a məğlub oldu

4 Sentyabr 04:20 Basketbol 404
"Sabah" yoxlama oyununda "London Lions"a məğlub oldu

Litvada təlim-məşq toplanışında olan "Sabah" basketbol komandası növbəti yoxlama oyununda Böyük Britaniya təmsilçisi "London Lions"la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Kaunas şəhərində baş tutan matç rəqib kollektivin 86:82 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah" ilk yoxlama oyununda Litvanın "Juventus Utena" komandasına uduzub - 84:89. Paytaxt klubu ikinci görüşdə bu ölkənin "Şyaulyay" kollektivinə qalib gəlib - 92:80.

Azərbaycan təmsilçisi yeni mövsümdə FIBA Çempionlar Liqasında çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib