PSJ-nin “Monako”nun vingeri Maqnes Akliuşu transfer etmək cəhdi yenidən nəticəsiz qalıb.
Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 24 yaşlı oyunçu üçün qarşı tərəfə 45 milyon avro təklif edib.
Ancaq “knyazlıq klubu” bu təklifi də geri çevirib və futbolçunu satmaq istəməyib.
Bununla belə, tərəflər arasında danışıqlar davam edir və transferin taleyi ilə bağlı yekun qərar hələ verilməyib.
Fransalı futbolçu ötən mövsüm Liqa 1-də 31 oyunda meydana çıxaraq, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

