Serbiya yığmasının eks məşqçisi ölkəmizdə - Bu klubda işləyəcək

02:20 Həndbol 147
Serbiya yığmasının eks məşqçisi ölkəmizdə - Bu klubda işləyəcək

Serbiyalı mütəxəssis Daniel Mişiç 2026/2027 mövsümündə "Ordu" voleybol klubunun fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini icra edəcək.

Sportinfo.az xəbər verir ki, 20 ildən artıq peşəkar təcrübəyə malik mütəxəssis karyerası ərzində müxtəlif ölkələrin milli komandalarında və aparıcı klublarında fəaliyyət göstərib.

O, Serbiya (2013–2015, 2022–2024), İran (2017–2020), Mərakeş (2021) və Şimali Makedoniya (2021) millilərində, həmçinin Türkiyənin "Halkbank" (2024–2026), Ukraynanın "Episentr-Podolyanı" (2023/2024), Rusiyanın "Omiçka" (2015/2016), Rumıniyanın "Tomis Konstanta" (2009–2013), BƏƏ-nin "Əl-Əyn" (2007/2008) və Monteneqronun "Buduçnost Podqoritsa" (2004–2008) komandalarında çalışıb.

D.Mişiç beynəlxalq karyerası ərzində Asiya çempionatı və Asiya Oyunlarının qızıl, Dünya Böyük Çempionlar Kubokunun ("Grand Champions Cup") və Avropa çempionatının bürünc medalları, həmçinin müxtəlif ölkələrin milli çempionatlarında titullar da qazanıb.

Daniel Mişiç 2024-cü ildə Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Serbiya millisinin fiziki hazırlıq üzrə məşqçisi kimi iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu