Azərbaycan millisinin 6 üzvü ABŞ-də təhsil alacaq

09:20 Basketbol 110
Azərbaycan millisinin 6 üzvü ABŞ-də təhsil alacaq

Azərbaycanın qadınlardan ibarət milli komandasının 6 üzvü ABŞ-nin müxtəlif təhsil müəssisələrinin basketbol proqramlarından təklif alıb.

Sportinfo.az xəbər verir ki, yeni mövsümdən etibarən basketbolçular təhsillərini və idman karyeralarını ABŞ-də davam etdirəcəklər.

Səlminaz Ramazanlı Luiziana Xristian Universitetində, Ela Nur Gökçöl Georgian Court Universitetində, Aylin Əkbərzadə John Bapst Memorial Liseyində, Polina Şukina Mərkəzi Florida Akademiyasında, Aylin Niftəliyeva Springfield Commonwealth Akademiyasında, Deniz Gökçöl isə Central Pointe Xristian Akademiyasında təhsil alacaqlar.

Basketbolçuların ABŞ-də təhsil və idman fəaliyyətlərini davam etdirməsinin onların yeni mühitdə inkişafına, yerli basketbol sistemi ilə tanış olmasına və təcrübə qazanmasına imkan yaradacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM