Peşəkar Futbol Liqası (PFL) I Liqanın əsasnaməsində yenilik edib.
Buna əsasən, çempionat iştirakçıları artıq hər legioneri sifariş ərizəsinə sala bilməyəcək.
Təşkilatçı qurumun tələbinə əsasən, yalnız peşəkar müqaviləsi olan əcnəbi futbolçular qediyyata alınacaq. O, mütləq son 1 ildə professional komandanın formasını geyinməlidir ki, PFL onu həvəskar statusunda görməsin.
Yenilik I Liqanın səviyyəsini qaldırmaq məqsədi daşıyır. Axır illərin təcrübəsi göstərir ki, yarışmaçılar sıralarına qatdığı legionerlərin statusuna əksər hallarda fikir vermir.
Bir çox klublar üzvlük haqqını da özü ödəmir. Xaricdən gələn oyunçular qeydiyyata alınması üçün 5000 manatından keçməli olur.
Və beləcə, ilk «peşəkar futbolçu» kateqoriyasına burada yiyələnirlər. Təbii ki, bu da liqanın imicini aşağı salır, rəqabətə mənfi təsir göstərir.
Hazırkı reqlamentə əsasən, turnirin mənsubları əsas heyətdə yalnız 3 legioner oynada bilər. Ehtiyat skamyada isə minimum 3 nəfərin əyləşməsinə icazə verilir.
SPORTİNFO.AZ
