55 milyon avro verir, “Ayaks”ın vingerini alır - PSJ

14 Avqust 21:40 Fransa 620
55 milyon avro verir, “Ayaks”ın vingerini alır - PSJ

“Ayaks”ın vingeri Mika Qodts karyerasını PSJ-də davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlar son mərhələyə çatıb. PSJ onun keçidi üçün “Ayaks”a 55 milyon avro ödəyəcək.

Belçikalı oyunçu Paris klubu ilə müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayacaq.

Hazırda tərəflər razılaşmanın son detallarını müzakirə edir və transferin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.

Qodts yeni mövsümdə bütün turnirlərdə 4 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. O, ötən mövsüm isə 44 matçda 17 qola və 15 məhsuldar ötürməyə imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız