“İstəyirsə ki onu sevsinlər, davranışına nəzarət etsin, bir az ciddi olsun”

23 Sentyabr 18:40 Fransa 187
“İstəyirsə ki onu sevsinlər, davranışına nəzarət etsin, bir az ciddi olsun”

PSJ-nin hücumçusu Kilian Mbappenin davranışı “Mets”in baş məşqçisi Frederik Antonettinin xoşuna gəlməyib.

Sportinfo.az xəbər verir ki, Fransa çempionatında keçirilən “Mets” – PSJ qarşılaşmasından sonra Frederik Kiliana iradlarını çatdırıb.

O, oyundan sonra keçirilən mətbuat konfransında belə deyib:

“Mbappenin oyunu xoşuma gəlir. Ancaq istəyirsə ki onu sevsinlər, onda davranışına nəzarət etməlidir. Hesab edirəm ki, Mbappe bir az ciddi olsa, bu, onun xeyrinə olar”.

“Mets” öz meydanında PSJ-yə məğlub olub – 1:2. Qarşılaşmanın 95-ci dəqiqəsində Əşrəf Hakimi PSJ-nin qələbə qolunu vurduqdan sonra Mbappe “Mets”in qapıçısına tərəf qaçaraq, qışqıra-qışqıra ona nəsə deyib.

Digər Xəbərlər
Xəbər Lenti