Elxan Məmmədovun keçmiş kadrı milliyə problem yaradır - GƏRGİNLİK

9 Avqust 2023 13:00 Qalmaqal 1 210
Elxan Məmmədovun keçmiş kadrı milliyə problem yaradır - GƏRGİNLİK

AFFA ilə Gənclər və İdman Nazirliyi (GİN) arasında problem yaranıb.

Federasiya milli komandalara dəvət alan bir neçə futbolçuya yeni xarici pasportların alınması üçün müraciət etsə də, GİN məsələnin həllini yubadır.

Renat Dadaşov, Ruslan Samiqullin və digər oyunçuların bu kimi problemləri yaranıb.

Ərizə forması xeyli müddətdir nazirliyin idman şöbəsinin rəisi Elnur Məmmədovun masasının üzərindədir, di gəl, müvafiq sənədlərə imza atmır, müddəti uzadır.

Bu səbəbdən, futbolçuların qarşıdakı rəsmi oyunlarda iştirakı sual altına düşüb.

Elnur Məmmədov vaxtilə AFFA-da çalışıb. Elxan Məmmədovun dönəmində baş katibin müavini olub.

Hazırkı baş katib Sərxan Hacıyev onun «Neftçi»yə vitse-prezident keçməsindən sonra müavin vəzifəsini tutub. Görünür, adamın adamın yüksəlişinə paxıllığı tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu