"Məşqinin səhvinə görə finala çıxa bilmədik" - Əliyev

25 May 2020 18:06 Dünya futbolu 542
"Məşqinin səhvinə görə finala çıxa bilmədik" - Əliyev

Kiyev “Dinamo”sunun keçmiş futbolçusu Aleksandr Əliyev komandasının 2008-2009-cu illər mövsümündə “Şaxtyor”a məğlub olaraq UEFA Kubokunun finalına çıxa bilməməsində baş məşqçi Yuri Syomini günahlandırıb.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu bu barədə “football.ua”ya danışıb:

“Hesab edirəm ki, məşqinin səhvinə görə finala çıxa bilmədik. O, “Şaxtyor”la oyunda İsmael Banquranı meydandan çıxardı. Biz Kiyevdəki həmin cavab qarşılaşmasında qalib gəlməli idik.

Mənim sonda fürsətim oldu, Artyom Milevski ötürmə verdi və mən beş metrdən zərbə endirdim. Ancaq Andrey Pyatov komandasını xilas etdi”, - deyə, A.Əliyev bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!