Komendant saatını pozan futbolçuya 3 aylıq ev həbsi

6 Aprel 2020 09:42 Dünya futbolu 377
Komendant saatını pozan futbolçuya 3 aylıq ev həbsi

Serbiya polisinin Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunun futbolçusu Aleksandar Priyoviçi həbs etdiyini xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, buna 29 yaşlı hücumçunun öz ölkəsində tətbiq olunan komendant saatını pozması səbəb olub.

O, yerli vaxtla saat 17:00-dan sonra Belqraddakı otellərdən birindəki restoranda beş nəfərlə spirtli içki qəbul etdiyi üçün polis tərəfindən saxlanılmışdı. Artıq hücumçu səhvini etiraf edib. Serbiyada komendant saatını pozanlara 3 ilə qədər qədər həbs cəzası verilsə də, Priyoviç canını 3 aylıq ev həbsi ilə qurtarıb.

Serbiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün komendant saatı tətbiq edib. İnsanlar axşam 17:00-dan səhər 5:00-a kimi evlərindən çıxmır. Ölkəyə giriş-çıxış tam dayandırılıb, parlament seçkiləri təxirə salınıb, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!