Dünya ulduzu həbsxanada telefon işlədir - FOTO

5 Aprel 18:06 Dünya futbolu 203
Dünya ulduzu həbsxanada telefon işlədir - FOTO

Saxta pasportdan istifadə etdiyi üçün Paraqvayda həbs edilən Ronaldinyo ilə bağlı növbəti xəbər yayılıb.

Sportinfo.az xəbər verir ki, Braziliya millisinin sabiq üzvü dəmir barmaqlıqlar arxasında mobil telefon işlədir.

O, bunun sayəsində tanıdığı insanlarla əlaqə qurur. Ronaldinyo "Barselona"dakı sabiq komanda yoldaşı Karles Puyolla danışıb.

Ronaldinyo və qardaşı 6 aylıq həbsə məhkum edilib. 40 yaşlı veteran yarımmüdafiəçi cəzasının 1 ayını başa vurmaq üzrədir.

Xəbər Lenti