"Messi və Ronaldo futbol oynamaq üçün bura gələcək"

24 Mart 2020 15:46 Dünya futbolu 1 037
"Messi və Ronaldo futbol oynamaq üçün bura gələcək"

Belarus millisinin sabiq kideri Aleksander Qleb ölkəsində çempionatın təxirə salınmamasını tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, buna necə qərar verdiklərini başa düşmədiyini bildirib:

“Belarusda koronavirus heç kimin vecinə deyil. Bütün dünya hazırda bizim çempionatı izləyir. Virus səbəbindən Çempionlar Liqası və Avroliqa oyunları təxirə salınıb.

Ancaq hər şey ləğv olunsa da, bizim çempionat davam edir. Bu, qəbuledilməzdir. Bunun səbəbini başa düşmürəm. Niyə belə bir qərar verildiyini anlamaq çox çətindir.

Həqiqət odur ki, hamı futbolsuz qalsa da, bizdə belə bir problem yoxdu. Bəlkə də Messi və Ronaldo futbol oynamaq üçün Belarusa gələcəklər”

Digər Xəbərlər
Xəbər Lenti