Güclü himayədar tapan klub nazirlikdən 15 illik icazə istədi

09:40 I Divizion 190
Güclü himayədar tapan klub nazirlikdən 15 illik icazə istədi

İki ay öncə yeni sponsor tapan, indi də adını dəyişməyə hazırlaşan «Səbail» Gənclər və İdman Nazirliyinə (GİN) rəsmi müraciət ünvanlayıb.

I Liqada çempionluq uğrunda mübarizə aparan klub GİN-in balansında olan Quba Olimpiya Kompleksinin stadionunu icarəyə götürmək istədiyini məktubda bildirib.

Bundan sonra Quba şəhərini təmsil etməyi planlaşdıran sabiq «dənizçilər» buranı 15 il müddətində öz sərəncamında görmək niyyətində olduğunu nazirliyin diqqətinə çatdırıb.

Əgər GİN bu təklifə müsbət yanaşarsa, arenada kompleks yenidənqurma işlərinə start veriləcək. Drinaj sistemi qurulacaq, təbii qazon dəyişdiriləcək, digər çatışmazlıqlar aradan qaldırılacaq.

Ümumiyyətlə, sözügedən məkanın təmirinə böyük miqdarda vəsait yatırılacaq.

GİN yaxın günlərdə «Səbail»in çağırışına rəsmi münasibət bildirəcək. Böyük ehtimalla, tərəflər arasında anlaşma əldə olunacaq.

Çünki nazirliyin özü də stadionun normal vəziyyətə gətirilməsində və saxlanılmasında maraqlıdır.

Digər tərəfdən, nazir Fərid Qayıbovla klub rəhbərliyinin münasibəti çox yaxşıdır. Aralarında illərə söykənən «salam-əleyk» var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!