"Traktor" Dənizlini göndərdi

7 Dekabr 2019 13:45 Dünya futbolu 796
"Traktor" Dənizlini göndərdi

"Traktor" baş məşqçi Mustafa Dənizli ilə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, Təbriz klubu uğursuz nəticələrdən sonra təcrübəli türkiyəli məşqçini istefaya göndərib. Bir ara çempionatda lider olan "Traktor" hazırda turnir cədvəlində 18 xalla 8-ci yeri tutur. Komanda lider "Esteqlal"dan 7 xal geri qalır.

70 yaşlı Dənizli cari mövsümün əvvəlində Cənubi Azərbaycan komandasının sükanı arxasına keçmişdi. O, 2013-2014-cü illər mövsümündə "Xəzər Lənkəran"ı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar