Ronaldo unikal göstəriciyə imza atdı - 30 yaşdan sonra 450 qol

27 Noyabr 2024 04:10 Dünya futbolu 541
Ronaldo unikal göstəriciyə imza atdı - 30 yaşdan sonra 450 qol

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo unikal göstəriciyə imza atıb.

Sportinfo,az xəbər verir ki, 39 yaşlı futbolçu buna Asiya Çempionlar Liqasının 5-ci turunda “Əl-Qarafa” (Qətər) ilə oyunda (3:1) dubl edərək nail olub.

Ronaldo 30 yaşından sonra vurduğu qollarının sayını 450-ə çatdırıb. Onun futbolçu karyerası ərzində ümumi qol sayı isə 913-ə çatıb.

Bu mövsüm Ronaldo “Əl-Nəsr”in heyətində 15 oyun keçirib, 12 qol vurub və iki məhsuldar ötürmə edib. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”