"Cavab verməyəcəm" - Millinin baş məşqçisi futbolçuları ilə salamlaşmır?

12 Oktyabr 2024 21:40 Dünya futbolu 2 148
"Cavab verməyəcəm" - Millinin baş məşqçisi futbolçuları ilə salamlaşmır?

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa hücumçu Luis Suaresin sözlərinə münasibət bildirib.

Suares 69 yaşlı mütəxəssisin futbolçulara salam vermədiyini deyib.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı bu suala cavab verməyəcəyini söyləyib:

“Suaresin sözləri? Bu, şəxsi sualdır, cavab verməyəcəm.

Bu məlumat komandanın daxili “mətbəx”inə aiddir. Hesab edirəm ki, bu məqamlar mətbuatda yer almamalıdır”.

Uruqvay millisi dünən DÇ-2026-nın seçmə mərhələsinin 9-cu turu çərçivəsində Peru yığması ilə səfər matçı keçirib. Byelsanın komandası 0:1 hesablı məğlubiyyətə üzülüb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada