“Mən milli komandalarla işləmək istəmirəm” - SON SÖZ

21 İyul 2024 13:10 Dünya futbolu 609
“Mən milli komandalarla işləmək istəmirəm” - SON SÖZ

“Real”ın baş məşqçisi Karlo Ançelotti milli komandada çalışmağa hazır olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, Madrid klubunda xoşbəxt olduğunu bildirib:

“Milli komanda? Xeyr, mən milli komandalarla işləmək istəmirəm, məni daha çox klubdakı gündəlik iş maraqlandırır.

Rəhbərlik etdiyim bütün komandalar arasında ən böyük sevgim “Real”a və “Milan”adır. Madriddə biz bir ailə kimiyik”.

Bundan əvvəl mətbuatda Braziliya millisinin Ançelottinin xidmətində maraqlı olduğu haqda xəbərlər yayılmışdı.

İtaliyalı mütəxəssis 2021-ci ildən “Real”a rəhbərlik edir. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!