
Konfrans Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Başakşehir" Türkiyədə Belçika "Gent"ini qəbul edib. İstanbul təmsilçisi səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçəyə nail olsa da, evdə məğlubiyyətdən qaça bilməyib - 1:4.
Qonaqların heyətində Gift Emmanuel Orban 4 dəqiqəyə het-trik edib. Nigeriyalı hücumçu 31, 32 və 34-cü dəqiqələrdə fərqlənib.
"Gent"in digər qoluna 37-ci dəqiqədə Uqo Kuypers imza atıb. Meydan sahiblərinin yeganə qolunu isə 88-ci dəqiqədə Adnan Yanuzay vurub.
Gent şəhərinin eyniadlı təmsilçisi pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.
Bu raundun digər cavab oyunları martın 16-da keçiriləcək.
Başakşehir" (Türkiyə) - "Gent" (Belçika) - 1:4
Qollar: Adnan Yanuzay, 88 - Gift Emmanuel Orban, 31; 32; 34. Uqo Küypers, 37
Baş hakim: Benua Bastyen (Fransa)
İlk oyun - 1:1
İstanbul, "Başakşehir Fatih Terim" stadionu.