"Biz 2 milyon avro təklif etdik, o isə 24 milyon istədi"

19 Noyabr 2022 18:20 Dünya futbolu 661
"Biz 2 milyon avro təklif etdik, o isə 24 milyon istədi"

Braziliya Futbol Federasiyasının vitse-prezidenti Fransisko Novelyetto Neto "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ilə bağlı açqılama verib.

Sportinfo.az xəbər verir ki, federasiya rəsmisi bir neçə il öncə yığmanı çalışdırmaq üçün ispan mütəxəssisə təklif göndərdiklərini bildirib.

Lakin Qvardiolanın tələb etdiyi maaşa görə bu təyinat gerçəkləşməyib:

"3 il öncə Qvardiola ilə təmas qurduq, meneceri ilə danışdıq. Pepin Braziliya millisinin baş məşqçisi olmağı qəbul edəcəyini dedi.

Amma illik maaşının 24 milyon avro olduğunu bildirdi. Bunu öyrənən bir həmkarım az qala infarkt keçirirdi.

Biz 2 milyon avro təklif etdik. O isə bonuslardan əlavə 24 milyon avro istəyirdi".

Digər Xəbərlər
Xəbər Lenti