Quliyev riskə getmədi

5 Avqust 2020 21:20 Digər növlər 815
Quliyev riskə getmədi

Azərbaycanlı atlet Ramil Quliyev 2020-ci ildə ilk yarışına çıxıb.

Sportinfo.az xəbər verir ki, Türkiyə millisinin şərəfini qoruyan həmyerlimiz çıxışını qələbə ilə başa vurub.

Dünya çempionu Avstriyada keçirilən turnirdə bütün rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb.

O, 100 m məsafəyə qaçışda təsnifat mərhələsini 10,46, final mərhələsini isə 10,31 saniyəyə dəf edib. Quliyev 200 m məsafəyə qaçışda isə mübarizəyə qoşulmayıb. Buna onun zədəsinin özünü göstərməsi və risk etməməsi səbəb olub.

Bu nəticə atleti Türkiyədə də birinci yerə yüksəldib. Onadək 2020-ci ildə 100 m məsafəyə qaçışda ən yaxşı göstərici Jak Ali Harveyə (10,33 san) məxsus olub.

Digər Xəbərlər
Xəbər Lenti