Millimizin baş məşqçisi prezidentin layihəsinə dəvət aldı - FIG-də

2 İyun 2020 21:00 Digər növlər 482
Millimizin baş məşqçisi prezidentin layihəsinə dəvət aldı - FIG-də

Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabenin layihəsinə ekspert qismində dəvət alıb.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bədii gimnastika üzrə islahat layihəsini Vatanabe 2018-ci ilin əvvəlində irəli sürüb.

Layihənin məqsədi bədii gimnastikanın cəlbedici, ədalətli və geniş insan kütləsi tərəfindən daha anlaşıqlı edilməsindən ibarətdir. Əsas istiqamətlərdən biri isə bədii gimnastikada artistizmə görə qiymətləndirmə sistemini təkmilləşdirməkdir.

Bu məqsədlə son dünya çempionatının reytinq siyahısında ən yüksək yerləri tutan ölkələrin baş məşqçilərinə layihə ilə bağlı öz təkliflərini və ideyalarını bölüşmək imkanı yaradılıb.

Vasileva da artistizmə görə ədalətli qiymətləndirmə sisteminin yaradılmasına dair ideyalarını bölüşmək, eləcə də iyulda layihə çərçivəsində keçiriləcək videokonfransda iştirak üçün dəvət alıb.

Toplanmış təklif və ideyalar bədii gimnastika üzrə növbəti qaydalar toplusunu yekunlaşdırmaqda FIG-in bədii gimnastika üzrə Texniki Komitənin işində yardımçı olacaq.

Mariana Vasileva FIG tərəfindən “əməkdar məşqçi” adına layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!