Azərbaycanı tərk edə bilməyən əcnəbi məşqçi ömürlük cəzalandırıla bilər

31 May 2020 19:40 Digər növlər 515
Azərbaycanı tərk edə bilməyən əcnəbi məşqçi ömürlük cəzalandırıla bilər

Hazırda Azərbaycanda olan və koronavirus pandemiyası səbəbindən sərhədlər bağlı olduğu üçün ölkəsinə gedə bilməyən ağırlıqqaldırma üzrə Tunis komandasının məşqçisi Xalid Korani ömürlük idmandan uzaqlaşdırıla bilər.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) misirli mütəxəssisi antidopinq qaydalarını pozduğu üçün işindən müvəqqəti məhrum edib.

Yetkinlik yaşına çatmayan idmançıların manipulyasında iştirakı sübuta yetirilsə, o, ömürlük idmandan kənarlaşdırılacaq.

Koraninin rəhbərliyi altında Misir komandasında 2016-cı il gənclər arasında Afrika çempionatındakı təlim düşərgəsində olan yeddi idmançıda qadağan edilmiş metandienon maddəsi aşkar edilib. Onlardan 2-si 14 yaşlı qız, digər 5-i isə 18 yaşdan kiçik olub. Bütün idmançılar ötən ilin sentyabrında cəzalandırılıb.

Məsələ ilə bağlı açıqlama verən məşqçi indi nə deyəcəyini bilmədiyini söyləyib: "Vəkilimlə məsləhətləşəcəyəm və bu mövzuda mövqeyimi müdafiə etməyi təklif edəcəyəm".

IWF-in qərarına əsasən misirli mütəxəssis qadağan olunmuş maddələrdən istifadə edən idmançılara kömək etdiyi və töhfə verdiyi üçün Antidopinq kodunun 2.8 və 2.9 maddələrini pozub. Buna uyğun olaraq Korani ən azı 4 il müddətinə cəzalandırılmalıdır.

Daha əvvəl Misir Ağırlıqqaldırma Federasiyası iki illik cəzalandırılıb və Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakdan məhrum edilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"