"Bugünədək bizə heç bir şübhəli məlumat daxil olmayıb"

21 May 2020 09:14 Digər növlər 668
"Bugünədək bizə heç bir şübhəli məlumat daxil olmayıb"

"Bugünədək koronavirusla bağlı Azərbaycandakı idmançılar barədə şübhəli heç bir məlumat daxil olmayıb".

Sportinfo.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, karantinin elan olunmasından əvvəl ölkədə yaşayan idmançılar təlim-məşq toplanışlarından, yarışlardan vətənə qayıdıblar: "Karantin dövründə onlar evdə olublar. Federasiyadan nazirliyə idmançıların sağlamlığı ilə bağlı mütəmadi hesabatlar daxil olub".

S.Məmmədova bildirib ki, nazirlik tərəfindən federasiyalara ehtiyac olacağı təqdirdə, testlərin götürülə biləcəyi və karantində saxlanılmaları üçün hər bir şəraitin olduğu haqda məlumat verilib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"