Bakıdakı Dünya Kuboku yarımçıq dayandırıldı

13 Mart 2020 23:30 Digər növlər 676
Bakıdakı Dünya Kuboku yarımçıq dayandırıldı

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarımçıq dayandırılıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan Dünya Kubokunun final mərhələləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq ləğv olunub.

Bildirilib ki, Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Dünya Kuboku martın 12-də start götürüb. İlk iki gündə təsnifat yarışları keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"