Şüvəlanda Azərbaycan çempionatı keçiriləcək

16 Fevral 00:24 Digər növlər 97
Şüvəlanda Azərbaycan çempionatı keçiriləcək

Fevralın 21-də Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında kişi və qadın ağırlıqqaldıranlar arasında Azərbaycan çempionatı start götürəcək.

Sportinfo.az xəbər verir ki, üç gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunacaq. Çempionata ölkənin bütün bölgələrindən 100-dək atlet qatılacaq.

Məqsəd idmançıların ustalıq səviyyələrinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirənlərin seçilməsi, kişi və qadınlardan ibarət millinin tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlıqdır

Xəbər Lenti