Azərbaycanı Almaniyada təmsil edəcək gimnastların adları bilindi - FOTOLAR

24 Oktyabr 2024 21:40 Digər növlər 456
Azərbaycanı Almaniyada təmsil edəcək gimnastların adları bilindi - FOTOLAR

Oktyabrın 25-də Almaniyanın Kotbus şəhərində start götürəcək batut gimnastikası üzrə “GymCity Open” beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Üç gün davam edəcək yarışda fərdi gimnastlar Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Ammar Baxşalıyev, Fərhad Mustafayev, Ömər Qasımlı mübarizə aparacaqlar.

Sinxron çıxışlarda isə Hüseyn Abbasov - Nicat Mirzəyev, Əli Niftəliyev - Ammar Baxşalıyev və Fərhad Mustafayev - Ömər Qasımlı cütlükləri bacarıqlarını göstərəcəklər.

Onlara məşqçilər Vladimir Şulikin və Abdulla Qasımov rəhbərlik edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”