Nurlan Məmmədzadə zədə aldı, Avropa çempionatında pis çıxış etdi

17 Fevral 2024 21:40 Digər növlər 1 566
Nurlan Məmmədzadə zədə aldı,  Avropa çempionatında pis çıxış etdi

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.

Bu gün onlardan daha biri – Nurlan Məmmədzadə körpücük üzərinə qalxıb. O, 89 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.

Nurlan birdən qaldırma hərəkətində 140 kq-ın öhdəsindən gəlib, təkanla qaldırma hərəkəti və ümumi yarışı isə zədə səbəbindən nəticəsiz başa vurmalı olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada