Mehriban Əliyeva AÇ-da birinci olan komandamızı təbrik etdi - FOTO

22 May 2023 00:30 Digər növlər 545
Mehriban Əliyeva AÇ-da birinci olan komandamızı təbrik etdi - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mayın 21-də qrup hərəkətləri komandamızın Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi olması münasibətilə instaqram hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Mehriban Əliyeva paylaşımında parlaq qələbə münasibətilə gimnastlarımızı təbriklərini çatdıraraq qeyd edib:

“Ura! Sizi təbrik edir, sizinlə fəxr edirəm! Çox möhtəşəmsiniz! Əməyinizə, qələbə əzminizə, gözəlliyinizə və zərifliyinizə görə çox sağ olun!”

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla hərəkətlərdə uğurla çıxış ediblər.

Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi