28 günlük fasilə olacaq - Avstraliya və Azərbaycan Qran-priləri arasında

21 Yanvar 2023 02:50 Digər növlər 324
28 günlük fasilə olacaq - Avstraliya və Azərbaycan Qran-priləri arasında

"Formula 1" üzrə 2023-cü il dünya çempionatında Avstraliya və Azərbaycan Qran-priləri arasında 28 günlük fasilə olacaq.

Sportinfo.az xəbər verir ki, bu, yarışın rəsmi saytının açıqladığı təqvimdə öz əksini tapıb.

Koronavirus pandemiyası səbəbindən ləğv edilən Çin Qran-prisinin əvəzinə təqvimə başqa yarış salınmayıb.

Mövsümə martın 5-də Bəhreyn Qran-prisi ilə start veriləcək.

Bu mövsüm 23 yarış planlaşdırılıb. Avstraliya Qran-prisi 31 mart - 2 apreldə, Azərbaycan Qran-prisi isə 28 - 30 apreldə baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!