Mədət Quliyev: "Bunun yolu var və biz də bu yolda gedirik"

9 Avqust 2022 23:20 Digər növlər 538
Mədət Quliyev: "Bunun yolu var və biz də bu yolda gedirik"

"Biz bu yarışlara inkişaf kimi baxırıq və fikirləşirik ki, bu, dərs prosesidir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev yerli idmançıların Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarındakı çıxışı barədə danışarkən deyib.

O, göstəricilərin çox yüksək olduğunu bildirib: "Bilirsiniz ki, velosiped yarışı bir az ağırdır. Burada starta çıxanların hamısı finişə çatmır. Bizim idmançılarımızın isə hamısı finişə çatıb".

M.Quliyev əsas hədəflərinin Olimpiya, dünya və Avropa çempionluğu olduğunu söyləyib: "Bunun yolu var və biz də bu yolda gedirik".

İslamiadada çıxış edən Azərbaycan velosipedçiləri hələlik medal qazana bilməyiblər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"