Azərbaycan Dünya Kubokunda bürünc qazandı

9 May 2021 14:40 Digər növlər 939
Azərbaycan Dünya Kubokunda bürünc qazandı

Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətləri üzrə yarışlara start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı 5 topla hərəkətlərdə Zeynəb Hümmətova, Ləman Əlimuradova, Məryəm Səfərova, Darya Sorokina və Yelizaveta Luzandan ibarət komanda təmsil edib.

Uğurlu çıxış edən kollektiv 44.000 xal toplayaraq, bürünc medal qazanıb.

Birinci yerə 45.600 xalla Bolqarıstan, ikinci yerə isə 44.550 xalla İtaliya komandası layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"