16 il sonra Azərbaycana gələn... PARİSDƏN FOTOLAR

30 İyul 2024 07:30 Cüdo 1 779
16 il sonra Azərbaycana gələn... PARİSDƏN FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarının qalibi olub.

Sportinfo.az xəbər verir ki, finalda fransalı Joan-Benjamin Qabaya qalib gələn təmsilçimiz idmanın bu növündə 16 il əvvəlki uğurumuzu təkrarlayıb.

Məsələ burasındadır ki, Olimpiadada cüdoda sonuncu dəfə eyni çəki dərəcəsində Elnur Məmmədli qızıl medal qazanmışdı. Bu, 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarına təsadüf etmişdi.

İndiyədək idmanın cüdo növündə Olimpiadada üç qızıl medal qazanmışıq.

İlk qızıl medalımız isə cüdoçu Nazim Hüseynovun adı ilə bağlıdır. O, 1992-ci ildə Barselona Olimpiadasında fərxi kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Maraqlı məqam ondan ibarətdir ki, hər üç qızıl medalın arasında 16 illik fərq var.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!