Elnur Məmmədlinin bacısı oğlu Avropa üçüncüsü oldu - FOTO

17 Aprel 2021 02:24 Cüdo 1 463
Elnur Məmmədlinin bacısı oğlu Avropa üçüncüsü oldu - FOTO

Portuqaliyanın paytaxtı Lissabon şəhərində cüdo üzrə Avropa çempionatına start verilib.

Sportinfo.az xəbər verir ki, 45 ölkənin idmançılarının mübarizə apardığı beynəlxalq yarışda Azərbaycanı 9 cüdoçu təmsil edir.

Qitə çempionatının ilk günü mill komandamız aktivinə 1 bürünc medal yazdırıb.

Azərbaycan cüdoçusu Kəramət Hüseynov 1/16 finalda Nikolae Foka (Moldova), 1/8 finalda Mihraz Akkusu (Türkiyə) mübarizədən kənarlaşdırıb. Sonra idmançımız 1/4 finalda ispaniyalı Fransisko Garrigos ilə dueldən məğlub ayrılıb.

Təsəlliverici görüşdə İtaliya təmsilçisi Angelo Pantano ilə üz-üzə gələn Kəramət mübarizədən qalib ayrılıb.

60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Bolqarıstanı təmsil edən Yanislav Gerçevlə qarşılaşıb. Rəqibinə qalib gələn Kəramət Hüseynov Avropa çempionatının bürünc medalını qazanıb.

Kəramət Hüseynov Olimpiya çempionu Elnur Məmmədlinin bacısı oğludur.

Mübarizəyə qoşulan digər 2 idmançımız - Orxan Səfərov və Nicat Şıxəlizadə (hər ikisi 66 kq) ikinci mərhələdə mübarizəni dayandırıblar.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!