"Biz həvəslənirik və tezliklə Avropa arenasına çıxmağı səbirsizliklə gözləyirik"

1 Sentyabr 23:40 Çempionlar Liqası 868
"Biz həvəslənirik və tezliklə Avropa arenasına çıxmağı səbirsizliklə gözləyirik"

“Bayern”in baş məşqçisi Tomas Tuxel UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasının nəticələri haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Avropa arenasına çıxmağı səbirsizliklə gözlədiyini dilə gətirib:

“Çempionlar Liqasındakı hər bir rəqib bizim üçün çox önəmli olacaq.

“Mançester Yunayted”, “Kopenhagen” və “Qalatasaray” komandamız və azarkeşlər üçün son dərəcə cəlbedici rəqiblərdir. Biz həvəslənirik və tezliklə Avropa arenasına çıxmağı səbirsizliklə gözləyirik”.

Çempionlar Liqasının qrup mərhələsi sentyabrın 19-da başlayacaq və dekabrın 13-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu