Penalti vura bilmədi: heyətdən qovuldu və cərimələndi

9 Noyabr 2019 11:52 Çempionlar Liqası 756
Penalti vura bilmədi: heyətdən qovuldu və cərimələndi

"Brügge"nin baş məşqçisi Filip Kleman hücumçu Mbaye Dianye barədə maraqlı və sərt qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis seneqallı forvardı PSJ ilə görüşdə penaltini qaçırdığına görə cəzalandırıb.

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun səfər oyununun 76-cı dəqiqəsində - "Brügge" 0:1 hesabı ilə geridə olduğu vaxtda penalti vurmaq imkanı qazanıb. Hans Vanakenin 11 metrlik cərimə zərbəsini yerinə yetirməyə imkan verməyən, topu komanda yoldaşından alaraq "ağ nöqtə"yə yaxınlaşan Dianye qapıçı ilə dueldən məğlub ayrılıb. Belçikalı məşqçi seneqallını buna görə heyətdən kənarlaşdırıb və məbləği açıqlanmayan maddi cərimə də kəsib.

Qarşılaşma meydan sahiblərinin qələbəsilə yekunlaşıb - 1:0.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”