"Sabah" nizam-intizamlıdır, hücumda çox təhlükəlidir"

"Sabah" nizam-intizamlıdır, hücumda çox təhlükəlidir"

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"ı qəbul edəcək "Orhus"un (Danimarka) baş məşqçisi Yakob Poulsen fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis komandasının rəqibi ciddi təhlil etdiyini bildirib:

"Yaxşı hazırlaşmışıq və bizi nəyin gözlədiyini bilirik. "Sabah" çox yaxşı komandadır.

Ötən mövsüm Azərbaycan çempionatında ölkənin ən güclü komandalarından hesab olunan və Çempionlar Liqasında çıxış edən "Qarabağ"ı qabaqlayaraq inamlı şəkildə çempion oldular. Deməli, bizi güclü rəqib gözləyir".

O, "Sabah"ın həm müdafiədə intizamlı oynadığını, həm də hücum xəttində təhlükəli futbolçulara sahib olduğunu vurğulayıb:

"Sabah" nizam-intizamlı komandadır. Hücumda sərbəst hərəkət edən dörd futbolçu və məhsuldar mərkəz hücumçusu var.

Eyni zamanda möhkəm müdafiə xəttinə sahibdirlər və rəqiblərin qol vəziyyəti yaratmasını çətinləşdirirlər.

Adətən qarşılaşdığımız komandalardan fərqli rəqiblə oynamaq maraqlıdır. Həm komanda, həm də fərdi baxımdan futbolçular üçün yeni çağırışdır".

“Orhus” - “Sabah” matçı avqustun 5-də Randers şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cavab matçı isə avqustun 11-də Bakıda keçiriləcək və saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti