Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo"da (Kiyev) baş məşqçi dəyişikliyi gündəmə gəlib.
Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Kiyev klubunun prezidenti İqor Surkis komandanın Avropa Liqasında Yunanıstan PAOK-una 2:3 və 0:2 hesablı məğlubiyyətlərindən sonra turnirdən kənarda qalmasından narazıdır.
Bildirilir ki, klub rəhbərliyi artıq bir neçə mütəxəssislə danışıqlara başlayıb.
Bununla belə, hazırkı baş məşqçi İqor Kostyuka daha bir şans veriləcəyi də istisna olunmur.
Bu halda, 50 yaşlı mütəxəssis üçün "Qarabağ"a qarşı keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları həlledici xarakter daşıya bilər.
Belə ki, Ukrayna qrandı “Qarabağ” səddini keçə bilməsə, baş məşçi postunda dəyişiklik olacaq.
